Yuxarı

​Pakistanda zəlzələ nəticəsində ölənlərin sayı 180 nəfəri ötüb

Bunadək ölənlərin 156, yaralıların isə ən azı 500 nəfər olduğu bildirilirdi

Bakı. 26 oktyabr. REPORT.AZ/ Episentri Əfqanıstanda olan zəlzələ nəticəsində ən azı 180 pakistanlı həlak olub.

"Report" xəbər verir ki, bu barədə "Geo TV" telekanalına istinadən RİA "Novosti" məlumat yayıb.

Bunadək ölənlərin 156, yaralıların isə ən azı 500 nəfər olduğu bildirilirdi.

Hazırda zərərçəkənlər Xeybər- Paxtunxva vilayətində xəstəxanaya yerləşdirilib.

Seysmoloqların məlumatına görə, yeraltı təkanların ocağı 199 km. dərinlikdə olub. Zəlzələ qonşu Pakistan, Hindistan, Qırğızıstan, Azərbaycan və Qazaxıstanda da hiss olunub.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi