Pakistanda zəlzələ nəticəsində 2 nəfər ölüb

Pakistanda zəlzələ nəticəsində 2 nəfər ölüb Təbii fəlakət zamanı on nəfər yaralanıb
Digər ölkələr
10 Aprel , 2016 15:55
Pakistanda zəlzələ nəticəsində 2 nəfər ölüb

Bakı. 10 aprel. REPORT.AZ/ Bu gün Əfqanıstanda baş verən 6,8 bal gücündə zəlzələ nəticəsində Pakistanda 2 nəfər ölüb, on nəfər yaralanıb.

"Report" xəbər verir ki, bu barədə "Sinxua" agentliyi məlumat yayıb.

Yeraltı təkanlar Əfqanıstanın Hindiquş bölgəsində yerləşən Aşkaşam şəhərindən 50 km. cənubda qeydə alınıb. Zəlzələnin ocağı yerin 211 km. dərinliyində olub. Əfqanıstanda insan itkisi barədə hələ ki məlumat yoxdur.

Son xəbərlər

Orphus sistemi