Pakistanda yol qəzası zamanı baş verən partlayışda 10 nəfər ölüb

Pakistanda yol qəzası zamanı baş verən partlayışda 10 nəfər ölüb Pakistanın Pəncab əyalətində baş vermiş ağır yol-nəqliyyat hadisəsi zamanı azı 10 nəfər həlak olub, daha 6 nəfər xəsarət alıb.
Digər ölkələr
9 Avqust , 2021 03:41
Pakistanda yol qəzası zamanı baş verən partlayışda 10 nəfər ölüb

Pakistanın Pəncab əyalətində baş vermiş ağır yol-nəqliyyat hadisəsi zamanı azı 10 nəfər həlak olub, daha 6 nəfər xəsarət alıb.

“Report” xəbər verir ki, bu barədə yerli hakimiyyətə istinadən “Geo News” telekanalı bildirib. Qeyd edilir ki, yol-nəqliyyat hadisəsi zamanı qaz balonu partlayıb.

Polisin məlumatına görə, hadisə Qucranvala şəhərində olub. Kiçik yük maşını sərnişinlərin olduğu furqonla toqquşub, bundan sonra sərnişinlərin olduğu avtomobilin arxa hissəsindəki qaz balonu partlayıb.

Yerli polis bildirib ki, xəstəxanaya yeddi yaralı çatdırılıb, onlardan biri sonra ölüb. Yerli xəstəxananın əməkdaşlarının məlumatına görə, zərərçəkənlərin vəziyyəti ağırdır.

Son xəbərlər

Orphus sistemi