Pakistanda universitetə silahlı hücum nəticəsində ölənlərin sayı 21-ə çatıb - YENİLƏNİB

Pakistanda universitetə silahlı hücum nəticəsində ölənlərin sayı 21-ə çatıb - YENİLƏNİB Hadisə yerinə güc orqanlarının və xilasetmə xidmətlərinin əməkdaşları gəlib
Digər ölkələr
20 Yanvar , 2016 11:05
Pakistanda universitetə silahlı hücum nəticəsində ölənlərin sayı 21-ə çatıb - YENİLƏNİB

Bakı. 20 Yanvar. REPORT.AZ/ Pakistanın şimal-qərbində yerləşən Çarsadda şəhərindəki universitetə silahlı hücum nəticəsində ölənlərin sayı ilkin məlumatlara görə, 21-ə çatıb. "Report" xəbər verir ki, bu barədə "Dawn" agentliyi məlumat verib.

Universitet kampları və tələbə yataqxanaları boşaldılıb. Hadisə yerinə güc orqanlarının və xilasetmə xidmətlərinin əməkdaşları gəlib.

Hücum zamanı təhsil müəssisəsində 3 minə yaxın tələbə olub.

***09:51

Pakistanın şimal-qərbində yerləşən Çarsadda şəhərindəki universitetə silahlı hücum edilib.

"Report" xarici KİV-ə istinadən xəbər verir ki, hücum zamanı azı iki partlayış da həyata keçirilib.

Silahlı hücum nəticəsində ən azı bir nəfər ölüb, altı nəfər isə yaralanıb.

Son xəbərlər

Orphus sistemi