​Pakistanda toya gedən avtobus yanıb, 11 nəfər ölüb

​Pakistanda toya gedən avtobus yanıb, 11 nəfər ölüb Ölənlər arasında 7 qadın, 3 uşaq var
Digər ölkələr
3 May , 2015 15:27
​Pakistanda toya gedən avtobus yanıb, 11 nəfər ölüb

Bakı. 3 may. REPORT.AZ/ Pakistanın Sind əyalətində avtobusun yanması nəticəsində 11 nəfər ölüb, 34 nəfər yaralanıb.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə "Doon" qəzetinin elektron versiyası məlumat yayıb.

Onun məlumatına görə, nəqliyyat vasitəsi yüksək gərginlikli elektrik naqili ilə təmasdan sonra yanmağa başlayıb.

Avtobusda toy adamları olub. Ölənlər arasında 7 qadın və 3 uşaq var. Zərərçəkənlərin hamısı yaxınlıqdakı tibb müəssisəsinə çatdırılıb, 32 nəfərin vəziyyəti ağırdır.

Bununla belə bəy və gəlin zərər çəkməyi və avtomobil ilə yollarına davam ediblər.

Son xəbərlər

Orphus sistemi