Pakistanda törədilən partlayış nəticəsində uşaqlar da daxil olmaqla 31 nəfər ölüb - YENİLƏNİB

Pakistanda törədilən partlayış nəticəsində uşaqlar da daxil olmaqla 31 nəfər ölüb - YENİLƏNİB Terror hücumuna görə məsuliyyəti üzərinə İŞİD götürüb
Digər ölkələr
25 İyul , 2018 14:27
Pakistanda törədilən partlayış nəticəsində uşaqlar da daxil olmaqla 31 nəfər ölüb - YENİLƏNİB
0 : 00
0 : 00

Bakı. 25 iyul. REPORT.AZ/ Pakistanın Kvetta şəhərinin cənub-qərbindəki seçki məntəqəsi yaxınlığında baş vermiş partlayış nəticəsində ölənlərin sayı 31 nəfərə çatıb.

"Report" RBK-ya istinadən xəbər verir ki, Kvetta Dövlət Xəstəxanasının nümayəndəsi ölənlər arasında beş polis əməkdaşının və iki uşağın olduğunu bildirib.

Bundan əlavə, o, yaralıların çoxunun vəziyyətinin ağır olduğunu vurğulayaraq ölüm sayının arta biləcəyini vurğulayıb.

Terror hücumuna görə məsuliyyəti üzərinə İŞİD götürüb. Onların yayadığı bəyanatda partlayışı terrorçu-kamikadzenin törətdiyi bildirilib.

Kamikadze seçki məntəqəsinə piyada gedib və hər hansı nəqliyyat vasitəsindən istifadə etməyib. Onun 25-27 yaşı olub.

Qeyd edək ki, Kvettada partlayış parlamentin aşağı palatasına üzvlərinin seçilməsi zamanı baş verib.


***11:07

Pakistanın Sind əyalətinin Larkana şəhərində bu gün səhər saatlarında törədilən terror aktı nəticəsində azı üç nəfər xəsarət alıb.

"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, partlayış seşki məntəqəsinin yaxınlığında baş verib.

Bundan əlavə, Svabi şəhərində (Xayber Paxtunxva vilayəti) səsvermə məntəqəsinin açılmasından dərhal sonra Ədalət Hərkatı Partiyası və Milli Xalq Partiyasının tərəfdarları arasında toqquşmalar baş verib. Qarşıdurma silahlı insidentlə çevrilib və nəticədə bir nəfər ölüb, iki nəfər yaralanıb.

Eyni zamanda, Kvettedə polis avtomobili yaxınlığında partlayış törədilib. Terrorçu-kamikadze seçki məntəqəsində daxil olmağa cəhd edib, amma bunun alınmadığını görüncə özünü partladıb. Nəticədə 22 nəfər öllüb, 30 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb.

Qeyd edək ki, bu gün Pakistanda parlament seçkiləri keçirilir.

Son xəbərlər

Orphus sistemi