Pakistanda terror aktı: 9 ölü, 40 yaralı

Pakistanda terror aktı: 9 ölü, 40 yaralı Yaralananların onunun hərbçi olduğu bildirilir
Digər ölkələr
6 Fevral , 2016 21:45
Pakistanda terror aktı: 9 ölü, 40 yaralı

Bakı. 6 fevral. REPORT.AZ/ Pakistanın Bəlucistan əyalətinin mərkəzi Kvetta şəhərində baş verən partlayış nəticəsində azı 9 nəfər həlak olub, 40 nəfər isə yaralanıb.

Hərbçilərin yaydığı məlumata görə, partlayış dairə məhkəməsinin yaxınlığında sərhəd xidməti avtomobillərinin yanında kamikadze tərəfindən törədilib. Həlak olanların ikisi hərbçi, yeddisi mülki şəxslərdir. Yaralananların onunun hərbçi olduğu bildirilir.

Xatırladaq ki, yanvar ayında Kvetta şəhərində sərhəd xidmətinin avtomobilində törədilən partlayış nəticəsində beş nəfər həlak olmuşdu.

Son xəbərlər

Orphus sistemi