Pakistanda törədilən iki partlayışda 37 nəfər ölüb, 85 nəfər yaralanıb

Pakistanda törədilən iki partlayışda 37 nəfər ölüb, 85 nəfər yaralanıb Bakı. 23 noyabr. REPORT.AZ/ Pakistanda törədilən iki partlayışda 37 nəfər ölüb, 85 nəfər yaralanıb.
Digər ölkələr
23 Noyabr , 2018 11:35
Pakistanda törədilən iki partlayışda 37 nəfər ölüb, 85 nəfər yaralanıb
0 : 00
0 : 00

Bakı. 23 noyabr. REPORT.AZ/ Pakistanda törədilən iki partlayışda 37 nəfər ölüb, 85 nəfər yaralanıb.

“Report” “Hürriyet”ə istinadən xəbər verir ki, terror aktlarından biri ölkənin Peşavar şəhərindəki bazarda törədilib. 

Nəticədə 12 nəfər ölüb, 50 nəfər yaralanıb.

Digər partlayış isə Pakistanın şimal-qərbində yerləşən Xanqu şəhərində baş verib. Nəticədə 25 nəfər ölüb, 35-dən çox insan yaralanıb.

Terror aktlarının məsuliyyətini hələlik heç bir qruplaşma üzərinə götürməyib. 

Hər iki hadisə ilə bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi