Bakı. 21 yanvar. REPORT.AZ/ Pakistanın paytaxtı İslamabadda terror aktları gerçəkləşdirmək istəyən ektsremist qrup tutulub.
"Report" xarici informasiya vasitələrinə istinadən xəbər verir ki, keçirilən əməliyyat nəticəsində Xeybər-Paxtunxva əyələtinin dörd sakini həbs edilib. Məlumata görə, onlar İslamabadda partlayıcı qurğu və avtomat silahla bir neçə terror aksiyası həyata keçirmək niyyətində olub.
Polis onların hamısının kamikadze olduğunu istisna etmir. İstintaq başa çatanadək onların adları açıqlanmayacaq.
Qeyd edək ki, bu gün gündüz saatlarında Ravvalpindi şəhərində Peşavara gedən avtobusda bir nəfər özünü partladıb. Hadisə nəticəsində xəsarət alan olmayıb.