Pakistanda terror aktı nəticəsində 16 nəfər ölüb, 82 nəfər yaralanıb

Pakistanda terror aktı nəticəsində 16 nəfər ölüb, 82 nəfər yaralanıb Ölənlər arasında yüksək vəzifəli polis əməkdaşları da var
Digər ölkələr
13 Fevral , 2017 23:37
Pakistanda terror aktı nəticəsində 16 nəfər ölüb, 82 nəfər yaralanıb

Bakı. 13 fevral. REPORT.AZ/ Bazar ertəsi Pakistanın Lahor şəhərində törədilən partlayış nəticəsində 16 nəfər ölüb, 82 nəfər yaralanıb.

"Report" xəbər verir ki, bu barədə rəsmi şəxslərə istinadən "Frans Press" agentliyi məlumat yayıb.

Ölənlərin sayı bəzi məlumatlara görə 13 nəfər təşkil edir.

Partlayış bu gün axşam saatlarında Çerrinq Kross meydanında baş verib. Həmin zaman meydanda dərman preparatlarının dövriyyəsinə nəzarət üzrə qanunvericiliyə dəyişiklik əleyhinə etiraz aksiyası keçirilib. Meydanda dərman şirkəti, tibb müəssisəsi və aptek şəbəkəsinin yüzlərlə əməkdaşı olub.

Ölənlər arasında yüksək vəzifəli polis əməkdaşları da var.

"Reuters"in məlumatına görə, "Taliban" terror təşkilatının bölməsi sayılan "Camaat-ur-Əhrar" qruplaşması partlayışa görə məsuliyyəti öz üzərinə götürüb.

Son xəbərlər

Orphus sistemi