Yuxarı

​Pakistanda şirniyyatçı 30 nəfəri zəhərləyərək öldürüb

Kişi qardaşından qisas almaq üçün şirniyyatın tərkibinə zəhər qatıb

Bakı. 7 may. REPORT.AZ/ Pakistanda şirniyyat mağazasının sahibi pestisid qatdığı şirniyyatlarla ən azı 30 nəfərin ölümünə səbəb olduğunu etiraf edib.

"Report" "İnterfax"a istinadən xəbər verir ki, bu barədə yerli polis məlumat yayıb.

Xalid Mexmud dindirilmə zamanı bildirib ki, böyük qardaşından qisas almaq üçün şirniyyatın tərkibinə zəhər qatıb. Xalidin sözlərinə görə, onunla birgə mağazaya rəhbərlik edən böyük qardaşı Tarik "onu alçaldıb və ondan sui-istifadə edib".

"Mən onun dərsini vermək istəyirdim. Elə qəzəbli idim ki, butulkadan pestisidi həmin vaxt bişirilmə prosesində olan şirniyyata əlavə etdim", – deyə o bildirib.

Zəhərlənmiş şirniyyat partiyası yerli sakin tərəfindən alınıb və o bunları nəvəsinin ad günü münasibətilə ailəsinə və dostlarına aparıb.

Uşağın atası, altı əmisi və bir xalası da ölən 30 nəfərin sırasında olub. Nəticədə həmçinin 5 uşaq dünyasını dəyişib və daha 4 zərərçəkən hələ də xəstəxanadadır.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi