Pakistanda silsilə partlayışlar nəticəsində ölənlərin sayı 85-ə çatıb

Pakistanda silsilə partlayışlar nəticəsində ölənlərin sayı 85-ə çatıb Xəstəxanaya gətirilən 260 yaralıdan çoxunun vəziyyəti son dərəcə ağırdır
Digər ölkələr
25 İyun , 2017 12:16
Pakistanda silsilə partlayışlar nəticəsində ölənlərin sayı 85-ə çatıb

Bakı. 25 iyun. REPORT.AZ/ Pakistanda silsilə partlayışlar və polis əməkdaşlarına hücum nəticəsində ölənlərin sayı 85 nəfərə çatıb.

"Report" xəbər verir ki, bu barədə şənbə günü "Express and star" nəşri yazıb.

Cümə günü Pakistanın şimal-qərbində yerləşən Paraçinar şəhərinin bazarında müsəlmanlar Ramazan bayramı üçün alış-veriş etdiyi zaman bir neçə partlayış baş verib.

Bundan əvvəl ölənlərin sayı 73 nəfər idi.

Yerli hakimiyyət dairələrinin məlumatına görə, daha 12 nəfər xəstəxanada dünyasını dəyişib. Xəstəxanaya ümumilikdə 260-dan çox yaralı daxil olub. Onların əksəriyyəti son dərəcə ağır vəziyyətdədir.

Son xəbərlər

Orphus sistemi