Pakistanda silahlılarla toqquşmada 4 hərbçi ölüb

Pakistanda silahlılarla toqquşmada 4 hərbçi ölüb Çərşənbə gününə keçən gecə hərbçilər təhlükəsizlik xidmətləri ilə birlikdə xüsusi əməliyyata başlayıb
Digər ölkələr
9 Avqust , 2017 13:14
Pakistanda silahlılarla toqquşmada 4 hərbçi ölüb

Bakı. 9 avqust. REPORT.AZ/ Pakistanın təhlükəsizlik qüvvələrinin 4 hərbçisi Xayber Paxtunxva vilayətində terror hücumu hazırlayan silahlılarla qarşıdurmada ölüb.

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, Pakistan Silahlı Qüvvələrini press-relizində terror fəaliyyətinin qarşısını almaq məqsədi ilə 1 zabitin və 3 əsgərin canlarını fəda etdiyi göstərilib.

Qeyd edək ki, xüsusi xidmət orqanları terrorçuların Timerqara şəhərinin Şerotkay bölgəsində gizləndiyi barədə məlumat aldıqdan sonra çərşənbə gününə keçən gecə hərbçilər təhlükəsizlik xidmətləri ilə birlikdə xüsusi əməliyyata başlayıb.

Silahlılar hüquq-mühafizə orqanları əməkdaşlarına müqavimət göstəriblər. Onlardan biri özünü partladıb, digəri atışmada öldürülüb, başqa biri isə saxlanılıb.

Son xəbərlər

Orphus sistemi