​Pakistanda silahlı hücum: 20 ölü, 3 yaralı

​Pakistanda silahlı hücum: 20 ölü, 3 yaralı Pakistanın baş naziri Nəvaz Şərif təcavüzü qətiyyətlə pisləyib və hadisənin qurbanı olan fəhlələrin ailələrinə başsağlığı verib
Digər ölkələr
11 Aprel , 2015 12:06
​Pakistanda silahlı hücum: 20 ölü, 3 yaralı

Bakı. 11 aprel. REPORT.AZ/ Ötən gecə Pakistanın cənub-qərbindəki Bəlucistan əyalətində, Turbat rayonunda naməlum silahlı şəxslər Söhrab bəndinin körpüsünün tikintisində çalışan fəhlələrin qaldığı çadırlara atəş açıblar. 

"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, nəticədə 20 nəfər ölüb, 3 nəfər yaralanıb. Yaralılar bölgədəki xəstəxanaya qaldırılıblar.

Naməlum silahlılar motosikletlərlə hadisə yerindən qaçıblar. Hələlik heç bir terrorçu qruplaşma hadisənin məsuliyyətini öz üzərinə götürməyib. 

Polis hadisənin səbəblərini araşdırır və cinayətkarları tapmaq üçün istintaq başlayıb.

Pakistanın baş naziri Nəvaz Şərif təcavüzü qətiyyətlə pisləyib və hadisənin qurbanı olan fəhlələrin ailələrinə başsağlığı verib. 

Son xəbərlər

Orphus sistemi