Pakistanda sərnişin furqonu dərəyə aşıb, ölənlər var

Pakistanda sərnişin furqonu dərəyə aşıb, ölənlər var Pakistanın şimal-qərbindəki Xayber-Paxtunxva əyalətində sərnişin furqonunun dərəyə aşması nəticəsində azı 8 nəfər həlak olub, daha 3 nəfər xəsarət alıb.
Digər ölkələr
6 İyun , 2021 21:09
Pakistanda sərnişin furqonu dərəyə aşıb, ölənlər var

Pakistanın şimal-qərbindəki Xayber-Paxtunxva əyalətində sərnişin furqonunun dərəyə aşması nəticəsində azı 8 nəfər həlak olub, daha 3 nəfər xəsarət alıb.

“Report” xəbər verir ki, bu barədə yerli hakimiyyətə istinadən "Sinxua" agentliyi bildirib.

Hakimiyyət orqanları nümayəndələrinin sözlərinə görə, həlak olan sərnişinlər arasında iki qadın və üç uşaq da var. İlkin araşdırmalar göstərib ki, qəza furqonun sürücüsünün sərt döngəni sürət həddini aşması ilə keçən zaman nəqliyyat vasitəsinə idarəetməni itirməsi nəticəsində baş verib.

Hadisə yerinə yerli sakinlər, xilasedicilər və könüllülər gəlib. Yaralılar xəstəxanaya çatdırılıb, onlardan birinin vəziyyəti ağırdır.

Son xəbərlər

Orphus sistemi