Bakı. 7 dekabr. REPORT.AZ/ Bu gün Pakistanda qəzaya uğrayan təyyarənin bütün sərnişinləri ölüb.
"Report" xəbər verir ki, bu barədə ölkənin Mülki Aviasiya İdarəsinin nümayəndəsinə istinadən "Frans Press" məlumat yayıb.
"Heç kim sağ qalmayıb", - deyə agentlik nümayəndənin sözlərini sitat gətirib. Onun sözlərini Pakistan Beynəlxalq Hava Yollarının (PİA) təmsilçisi Danyal Gilani də təsdiq edib.
Göyərtəsində 47 nəfərin olduğu təyyarə ölkənin Xavelian şəhəri yaxınlığında dağa çırpılıb.