Pakistanda qayıq aşıb, ölənlər var

Pakistanda qayıq aşıb, ölənlər var Pakistanın Pəncab əyalətində Sutlec çayında kiçik taxta qayığın çevrilməsi nəticəsində azı 8 nəfər ölüb, bir neçə nəfər isə itkin düşüb.
Digər ölkələr
18 Noyabr , 2019 13:14
Pakistanda qayıq aşıb, ölənlər var

Pakistanın Pəncab əyalətində Sutlec çayında kiçik taxta qayığın çevrilməsi nəticəsində azı 8 nəfər ölüb, bir neçə nəfər isə itkin düşüb.

“Report” AP-yə istinadən xəbər verir ki, yerli polis rəisi Məhəmməd İmran 35-dən çox sakinin dəfn mərasiminə yollandığı qayıq yan tərəfə əyilib və içərisinə su dolub. Qayıqda olan 10 nəfər xilas edilib.

Səbəbi hələlik bilinməyən qəza Moltan şəhərinin 250 kilometr cənubunda yerləşən Dibalpur qəsəbəsi yaxınlığında baş verib.

Son xəbərlər

Orphus sistemi