Pakistanda qatar yanğının başvermə səbəbi açıqlanıb

Pakistanda qatar yanğının başvermə səbəbi açıqlanıb Pakistanın sərnişin qatarında 73 nəfərin həlak olması ilə nəticələnən yanğın qaz balonunun partlayışı nəticəsində baş verib.
Digər ölkələr
3 noyabr 2019 02:53
Pakistanda qatar yanğının başvermə səbəbi açıqlanıb

Pakistanın sərnişin qatarında 73 nəfərin həlak olması ilə nəticələnən yanğın qaz balonunun partlayışı nəticəsində baş verib.

"Report" TASS-a istinadən xəbər verir ki, bunu Pakistanın Dəmiryol Nəqliyyatının operatoru tərəfindən keçirilmiş araşdırmanın nəticələri göstərir.

"Müəyyən edilib ki, yanğın qatarın bəzi "ekonom klass" sərnişinləri üçün səhər yeməyi hazırlamağa başlayarkən baş verib", - deyə "Pakistan dəmir yolları"nın icraçı direktoru Aycaz Əhməd Buriro bildirib.

"Hadisə haqqında ilkin hesabat şənbə günü alınıb, araşdırmanın ətraflı nəticələri noyabrın 20-də hazırlanacaq", - Buriro əlavə edib.

Qeyd edək ki, oktyabrın 31-də Karaçi şəhərindən Ravalpindi istiqamətində hərəkət edən sərnişin qatarında qaz balonunun partlayışı nəticəsində güclü yanğın baş verib. Məlumatlara görə, hadisə nəticəsində 73-dən çox insan həlak olub, 40-dan sərnişin yaralanıb.

Son xəbərlər

Orphus sistemi