Pakistanda qar uçqunu nəticəsində 14 nəfər həlak olub

Pakistanda qar uçqunu nəticəsində 14 nəfər həlak olub Ölənlərdən 6-ı uşaq, 6-ı isə qadındır
Digər ölkələr
5 Fevral , 2017 13:33
Pakistanda qar uçqunu nəticəsində 14 nəfər həlak olub

Bakı. 5 fevral. REPORT.AZ/ Pakistanın şimal-qərbindəki Hayber-Pahtunhva vilayətinin Çitral dairəsində baş vermiş qar uçqunu nəticəsində azı 14 nəfər həlak olub.

"Report"un məlumatına görə, bu barədə "Dawn" qəzeti xəbər verib.

Məlumata görə, ölənlərdən 6-ı uşaq, 6-ı isə qadındır. Xəbərdə bildirilir ki, Şer Şal rayonundakı kəndlərdən biri, o cümlədən 25 ev qar altında qalıb. Daha 5 ev isə tamamilə dağılıb.

Uçqunlar altından çıxarılmış 9 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.

Həmin dairədə, Arundu rayonu ərazisində bir neçə saat sonra Pakistan-Əfqanıstan sərhədləri yaxınlığındakı polis postu da qar uçqununa məruz qalıb. Nəticədə yeddi asayiş keşikçisi xəsarət alıb.

Son xəbərlər

Orphus sistemi