Pakistanda qadın ərini və daha 14 nəfəri zəhərləyərək öldürüb

Pakistanda qadın ərini və daha 14 nəfəri zəhərləyərək öldürüb Həmin süddən hazırlanan qatığı evə gələn qonaqlar yeyiblər
Digər ölkələr
31 Oktyabr , 2017 12:39
Pakistanda qadın ərini və daha 14 nəfəri zəhərləyərək öldürüb
Flickr / kash_if

Bakı. 31 oktyabr. REPORT.AZ/ Pakistanın Müzəffərqahr şəhərində zorla ərə verilən qadın ərini öldürməyə cəhd edərkən, daha 15 nəfəri zəhərləyib. 

“Report” RİA "Novosti”yə istinadən xəbər verir ki, qadın və bu işdə ona kömək göstərənlər “siçovul zəhərindən” istifadə ediblər.

İnformasiyaya əsasən, Pəncab ştatının Müzəffərqarh şəhərinin 21 yaşlı sakini Asiya Bibi zorla Əmcad Laşariyə ərə verilib. Ancaq qız Şahid adlı gənci sevirmiş. Nikahdan narazı qalan Asiya Bibi bir neçə dəfə valideynləri və qohumları ilə mübahisə də edib. Qızın ata-anası və qohumları onun etirazlarını nəzərə almayıblar. Bu səbəbdən o, Zahid və Zarina adlı qohumları ilə birlikdə Əmcadini öldürmək barədə plan cızıblar. Onlar Ə.Laşariyənin içəcəyi südə “siçovul zəhəri” qatıblar. Amma Əmcad həmin südü içməyib. Zəhər qatılmış süddən hazırlanan qatığı isə evə gələn qonaqlar yeyib. Qatığı yeyənlər arasında ev sahibi Ə.Laşariyə də olub. Nəticədə 27 nəfər zəhərlənib. Onların 15-i, o cümlədən Əmcad ölüb.

A.Bibi və daha iki nəfər şübhəıli şəxs qismində saxlanılıblar. Asiya ona qarşı irəli sürülən ittihamları rədd edərək, bildirib ki, Şahid onu ərini zəhərləməyə təhrik edib: “Şahid mənimlə evlənəcəyini vəd vermişdi. Mən onun evlilk təkilifindən imtina etmişəm”. 

Son xəbərlər

Orphus sistemi