Yuxarı

Pakistanda polislə nümayişçilər arasında toqquşmalar baş verib

Toqquşmalar Karaçidə Fransa konsulluğu yaxınlığında baş verib, polis gözyaşardıcı qazdan istifadə edib

Bakı. 16 yanvar. REPORT.AZ/ Pakistanın Karaçi şəhərində Fransa konsulluğu yaxınlığında polis və nümayişçilər arasında toqquşmalar baş verib. "Report" "İTAR-TASS"a istinadən xəbər verir ki, polis nümayişçiləri dağıtmaq üçün gözyaşardıcı qazdan istifadə edib.

Məlumatda ən azı 2 nəfərin yaralandığı bildirilir.

Qeyd edək ki, Pakistanda Fransanın "Charlie Hebdo" həftəlik satirik jurnalında Məhəmməd peyğəmbərin (s.a.v.) karikaturalarının dərc olunmasına qarşı başlayan kütləvi aksiyalarla əlaqədar ölkədə təhlükəsizlik tədbirləri gücləndirilib. Pakistanın aparıcı dini partiyaları və hərəkatları ölkənin bütün müsəlmanlarını peyğəmbərin karikaturasının fransız jurnalında dərc olunmasına qarşı ümumilli etiraz aksiyasında iştirak etməyə çağırıb. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi