​Pakistanda pilotlar tətil edib, 70 aviareys təxirə salınıb

​Pakistanda pilotlar tətil edib, 70 aviareys təxirə salınıb Aviaşirkət bildirib ki, bir sutka ərzində müəssisəyə 5 milyon dollar məbləğində zərər dəyib
Digər ölkələr
6 Oktyabr , 2015 17:12
​Pakistanda pilotlar tətil edib, 70 aviareys təxirə salınıb

Bakı. 6 oktyabr. REPORT.AZ/ "Pakistan Beynəlxalq Hava Yolları" pilotlarının tətil etməsi nəticəsində şirkətin bir sutkada azı 70 daxili və xarici uçuş reysi təxirə salınıb.

"Report" Pakistanın "GeoTV" telekanalına istinadən xəbər verir ki, şirkət ölkənin əsas hava nəqliyatı daşıyıcısıdır.

Ötən həftə müəssisə pilotlarının həmkarlar ittifaqı hökumətə və şirkət rəhbərliyinə əmək haqlarının və başqa sosial ödənişlərin artırılmasını, eləcə də iş şəraitinin yaxşılaşdırılması tələbilə müraciət etmişdi. Ancaq Pakistanın Nazirlər Kabineti onların tələblərini yerinə yetirməkdən imtina edib. Bundan sonra pilotlar tətil etməyə başlayıb.

Aviaşirkətin hesablamasına görə, aksiya ucbatından bir sutka ərzində müəssisəyə 5 milyon dollar məbləğində zərər dəyib.

Rəhbərlik pilotları aksiyanı dayandırmağa çağıraraq bildirib ki, əks halda onlar işdən çıxarılacaqlar.

Pilotlar hələlik bu tələbə münasibət bildirməyiblər. 

Son xəbərlər

Orphus sistemi