Pakistanda törədilən partlayış nəticəsində sərhəd korpusunun azı 2 əməkdaşı həlak olub.
“Report” xəbər verir ki, bu barədə
Məlumata görə, hadisə Kvetta şəhərində qeydə alınıb. Partlayış nəticəsində daha 14 nəfər yaralanıb.
İlkin informasiyaya görə, partlayş motosikletə yerləşdirilmiş əldəqayırma partlayıcı qurğu ilə həyata keçirilib. Hədəf Pakistanın sərhəd korpusunun əməkdaşlarının maşını olub. Zərbənin gücündən yaxınlıqdakı binaların şüşələri sınıb, həmçinin bir neçə motosiklet yanıb.