Pakistanda partlayış törədilib: ölənlər var

Pakistanda partlayış törədilib: ölənlər var Ölənlər arasında hökumət məmuru da var
Digər ölkələr
17 Sentyabr , 2017 22:47
Pakistanda partlayış törədilib: ölənlər var

Bakı. 17 sentyabr. REPORT.AZ/ Pakistanda baş vermiş partlayışda 7 nəfər həlak olub.

"Report" "TASS" agentliyinə istinadən xəbər verir ki, bu barədə "Sinxua" məlumat yayıb.

Məlumatda qeyd olunur ki, hadisə ölkənin şimal-qərbində, Bacaur rayonunda qeydə alınıb. Ölənlərdən 5-nin təhlükəsizlik qüvvələrinin əməkdaşı olduğu bildirilir.

Qeyd olunur ki, yola quraşdırılmış partlayıcı qurğu təhlükəsizlik qüvvələrinin avtomobili ərazidən keçərkən işə düşüb. Ölənlər arasında hökumət məmuru da var.

Son xəbərlər

Orphus sistemi