Pakistanda silsilə partlayışlar törədilib, ölən və yaralananlar var - YENİLƏNİB

Pakistanda silsilə partlayışlar törədilib, ölən və yaralananlar var - YENİLƏNİB Polis partlayışın terror aktı olduğunu istisna etmir
Digər ölkələr
23 Fevral , 2017 13:01
Pakistanda silsilə partlayışlar törədilib, ölən və yaralananlar var - YENİLƏNİB

Bakı. 23 fevral. REPORT.AZ/ Pakistanın Lahor şəhərində ikinci partlayış törədilib. 

“Report” “GeoTV” telekanalına istinadən xəbər verir ki, partlayış “Fast Food” restoranının yaxınlığında olub. 

Partlayışın qurbanları və xəsarət alanlar barəsində məlumat yayılmayıb. 

Qeyd edək ki, birinci partlayış nəticəsində ölənlərin sayı 7 nəfərə çatıb.

*** 12:16

Pakistanın Lahor şəhərində partlayış nəticəsində 6 nəfər ölüb, 15-dən çox insan yaralanıb.

“Report” xəbər verir ki, bu haqda yerli “Samaa” televiziyası məlumat yayıb.

Xəbərə görə, partlayış səhər saatlarında şəhərdəki ticarət binalarından birində olub. Partlayışın dalğasından ətrafdakı evlərin pəncərələrinin şüşələri sınıb.

Polis partlayışın terror aktı olduğunu istisna etmir. 

Son xəbərlər

Orphus sistemi