Pakistanda partlayış zamanı ölənlərin sayı 16 nəfərə çatıb

Pakistanda partlayış zamanı ölənlərin sayı 16 nəfərə çatıb Pakistanda partlayış olub. “Report” “Habertürk”ə istinadən xəbər verir ki, hadisə karaçi vilayətində baş verib.
Digər ölkələr
158
18 Dekabr , 2021 18:08
Pakistanda partlayış zamanı ölənlərin sayı 16 nəfərə çatıb

Pakistanın cənubundakı Karaçi şəhərində binada baş vermiş partlayış nəticəsində ölənlərin sayı 16 nəfərə çatıb.

“Report” xəbər verir ki, bu barədə Pajhwok” agentliyi məlumat yayıb.

Hüquq-mühafizə orqanlarının məlumatına görə, partlayış özəl bank binasında baş verib. Yaralılar xəstəxanaya yerləşdirilib. Hadisə yerinə gələn mütəxəssislər partlayışın səbəblərini araşdırırlar. Axtarış-xilasetmə işləri davam edir.

Qeyd edək ki, bundan əvvəl Pakistan polisi özünün tvitter səhifəsində 10 nəfərin ölməsi barədə məlumat verib.

“Geo News” telekanalı isə bildirib ki, partlayış qaz sızmasından baş verə bilər.

15:18

Pakistanda partlayış olub.

“Report” “Habertürk”ə istinadən bildirir ki, hadisə Karaçi vilayətində baş verib.

Partlayış nəticəsində ən az 10 nəfər ölüb, 13 nəfər yaralanıb.

Məlumata görə, kanalizasiyada yığılmış qazın alovlanması partlayışa səbəb olub.

Son xəbərlər

Orphus sistemi