Yuxarı
    Bağlamaq

    Pakistanda partlayış nəticəsində ölənlərin sayı 22-yə çatıb - YENİLƏNİB

    Partlayışı terrorçu-kamikadze motosikldə həyata keçirib

    Bakı. 29 dekabr. REPORT.AZ/ Pakistanda hökumət binası qarşısında baş verən partlayış nəticəsində ölənlərin sayı 22-yə çatıb, 47 nəfər isə yaralanıb.

    "Report" "Daily Pakistan"a istinadən xəbər verir ki, bu barədə polis komissarının müavini İmran Xan məlumat verib.

    Xilasetmə xidmətinin əməkdaşları artıq hadisə yerinə gəlib, zərərçəkmişlər yerli xəstəxanaya aparılıb. Xəsarət alanlar arasında qadınlar və uşaqlar da var. Partlayış böyük insan kütləsi arasında həyata keçirildiyindən, hökumət terror aktının qurbanlarının sayının artacağından ehtiyatlanır.

    *** 15:01

    Pakistanın şimal-qərbində yerləşən Xayber Paxtunxva əyalətinin Mardan rayonunda baş verən partlayış nəticəsində ən azı 12 nəfər ölüb.

    "Report" "Daily Pakistan"a istinadən xəbər verir ki, partlayışı terrorçu-kamikadze motosikldə həyata keçirib.

    Hökumət binası qarşısında baş verən terror aktında ən azı 30 nəfər yaralanıb.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi