Pakistanda neft sisterninin yanması nəticəsində ölənlərin sayı 152 nəfərə çatıb - VİDEO - YENİLƏNİB

Pakistanda neft sisterninin yanması nəticəsində ölənlərin sayı 152 nəfərə çatıb - VİDEO - YENİLƏNİB Hadisə zamanı daha 117 nəfər xəsarət alıb
Digər ölkələr
25 İyun , 2017 23:34
Pakistanda neft sisterninin yanması nəticəsində ölənlərin sayı 152 nəfərə çatıb - VİDEO - YENİLƏNİB
Foto: "AP"

Bakı. 25 iyun. REPORT.AZ/ Pakistanın Pəncab əyalətinin Bahavalpur şəhərində neft sisterninin yanması nəticəsində ölənlərin sayı 152 nəfərə çatıb.

"Report" "TASS"a istinadən xəbər verir ki, bu barədə "Geo TV" telekanalı məlumat yayıb.

Xəbərdə bildirilir ki, hadisə zamanı daha 117 nəfər xəsarət alıb. Xəstəxanalara yerləşdirilən yaralıların çoxu ağır vəziyyətdədir.

Telekanalın məlumatına görə, sakinlər çevrilmiş çənlərdən dağılmış yanacağı yığmaq üçün yola toplaşıblar. Lakin yanğın başlayıb.

Şahidlər bildiriblər ki, yanğın neft sisterninin aşması nəticəsində yerə dağılan mayeni yığmağa toplaşan yerli sakinlərdən bəzilərinin siqareti söndürməyərək əraziyə atması nəticəsində baş verə bilər. Yanğın onlarla avtomobili və motosikleti də məhv edib. 


***10:56

Bakı. 25 iyun. REPORT.AZ/ Pakistanın Pəncab əyalətinin Bahavalpur şəhərində neft sisterninin yanması nəticəsində azı 123 nəfər ölüb, 40-dan çox insan yaralanıb.

"Report" xəbər verir ki, bu barədə Geo TV telekanalı məlumat yayıb.

Qeyd olunur ki, zərərçəkənlərin böyük hissəsi xəstəxanalara bədənin 70 faiz yanığı xəsarəti ilə yerləşdirilib.

Şahidlərin sözlərinə görə, yanğına səbəb neft sisterninin aşması nəticəsində yerə dağılan mayeni yığmağa toplaşan yerli sakinlərdən kiminsə siqareti söndürməyərək əraziyə atması nəticəsində baş verə bilər.

Son xəbərlər

Orphus sistemi