Yuxarı

​Pakistanda müəllimlərin dərsə silahla getməsinə icazə verilib

Hüquq-mühafizə orqanları 30 mindən artıq təhsil müəssisəsinin təhlükəsizliyini təmin edə bilmir

Bakı. 14 yanvar. REPORT.AZ/ Pakıstanın şimal-qərbində yerləşən Xeybər-Paxtunxva əyalətinin hökuməti kişi müəllimlərin dərsə silahla getməsinə icazə verib.

"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, yerli hökumət müəllimlərin daşıyacağı bu silahın rəsmi şəkildə qeydiyyata alınacağını da bildirib.

Xeybər-Paxtunxva hökumətinin təmsilçisi Pərviz Xattakın sözlərinə görə, hüquq-mühafizə orqanları 30 mindən artıq təhsil müəssisəsinin təhlükəsizliyini müstəqil olaraq, təmin edə bilmir.

Bu qərar Peşavardakı hərbi məktəbə "Taliban" yaraqlılarının basqınından sonra qəbul edilib.

Xatırladaq ki, həmin hadisə nəticəsində azı 148 şagird və müəllim öldürülmüşdü.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi