Yuxarı
    Bağlamaq

    Pakistanda minalanmış avtomobil polis bölməsinə çırpılıb, ölən və yaralananlar var

    Hələlik terror qruplaşmalarından heç biri hücuma görə məsuliyyəti üzərinə götürməyib

    Bakı. 7 fevral. REPORT.AZ/ Pakistanın şimal-qərbində yerləşən Xayber Paxtunxva əyalətinin Bannu bölgəsində terrorçu-kamikadzenin hücumu nəticəsində azı iki polis əməkdaşı yaralanıb.

    "Report" TASS-a istinadən xəbər verir ki, naməlum şəxs səhər saatlarında bomba yüklü avtomobillə Mandan kəndinin polis bölməsinin qapısına çırpılıb. 

    Partlayış nəticəsində bölmənin girişində növbədə olan iki polis əməkdaşı yaralanıb, sükan arxasında olan terrorçu-kamikadze isə ölüb.

    Əyalətdə mövcud terror qruplaşmalarından heç biri hücuma görə məsuliyyəti üzərinə götürməyib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi