Pakistanda məscidin damının uçması nəticəsində 5 nəfər həlak olub

Pakistanda məscidin damının uçması nəticəsində 5 nəfər həlak olub Hadisə möminlərin cümə namazına toplaşdığı zaman baş verib
Digər ölkələr
10 İyun , 2016 16:21
Pakistanda məscidin damının uçması nəticəsində 5 nəfər həlak olub

Bakı. 10 iyun. REPORT.AZ/ Pakistanın Karaçi şəhərində tikilməkdə olan məscidin müvəqqəti dam örtüyünün çökməsi nəticəsində ən azı 5 nəfər həlak olub, 15 nəfər yaralanıb. 

Bu barədə "Report" "RİA Novosti"yə istinadən xəbər verir. 

Hadisə möminlərin cümə namazına toplaşdığı zaman baş verib.

Tikintisi başa çatmayan binada metal təbəqələrdən və dəstəkləyici borulardan istifadə etməklə, müvəqqəti dam quraşdırılıbmış. 

Son xəbərlər

Orphus sistemi