Pakistanda məsciddə törədilən partlayış zamanı ölən və yaralananların sayı artıb - YENİLƏNİB

Pakistanda məsciddə törədilən partlayış zamanı ölən və yaralananların sayı artıb - YENİLƏNİB Pakistanın Kvetta şəhərində məsciddə törədilən partlayış nəticəsində ölənlərin sayı 15 nəfərə çatıb.
Digər ölkələr
10 Yanvar , 2020 21:39
Pakistanda məsciddə törədilən partlayış zamanı ölən və yaralananların sayı artıb - YENİLƏNİB

Pakistanın Kvetta şəhərində məsciddə törədilən partlayış nəticəsində ölənlərin sayı 15 nəfərə çatıb.

Report” xəbər verir ki, bu barədə “GeoTV” telekanalı məlumat yayıb. 

Məlumata görə, hadisə zamanı həmçinin daha 20 nəfər xəsarət alıb. Qeyd edilir ki, ölənlər arasında şəhər polisinin rəhbəri də var. 

Daha əvvəl hadisə zamanı 11 nəfərin öldüyü, 12 nəfərin yaralandığı bildirilirdi. 


***21:05

Pakistanda məsciddə partlayış törədilib.

“Report” xəbər verir ki, bu barədə “GeoTV” məlumat yayıb. 

Məlumata görə, hadisə Kuetta şəhəri yaxınlığında qeydə alınıb. Partlayış nəticəsində azı 11 nəfər ölüb, daha 12 nəfər xəsarət alıb. Yaralılar xəstəxanaya yerləşdirilib. 

Hadisə ilə bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi