Yuxarı

Pakistanda məsciddə partlayış baş verib, ölən və yaralananlar var

Naməlum şəxs məscidə əl qumbarası atıb

Bakı. 18 oktyabr. REPORT.AZ/ Pakistanın Kəraçi şəhərindəki şiə məscidlərindən birində partlayış baş verib.

"Report"un məlumatına görə, bu barədə "The Nation" nəşri xəbər yayıb.

Məlumatda bildirilir ki, naməlum şəxs dini ayinlərdən sonra məsciddən çıxanlara əl qumbarası atıb. Nəticədə 2 qadın və 1 uşaq dünyasını dəyişib. 

Hadisə zamanı habelə 10-dan çox adam yaralanıb. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi