Yuxarı

Pakistanda mədənin uçması nəticəsində 7 nəfər ölüb

İnsident zamanı mədəndə 60-dan çox işçi olub

Bakı. 12 mart. REPORT.AZ/ Pakistanda kömür mədənində tunelin uçması nəticəsində 7 nəfər ölüb, 10 nəfər yaralanıb və 45 işçi dağıntılar altında qalıb.

“Report” “Sinxua”ya istinadən xəbər verir ki, Orakzay vilayətində baş verən insident zamanı mədəndə 60-dan çox işçi olub.

Hadisə yerinə qəza xidmətləri cəlb olunub. Lakin xilasedicilərin insanları dağıntılar altından çıxartmaq üçün kifayət qədər xüsusi texnikası yoxdur. Xilasetmə işlərini qaranlığın düşməsi və yağış çətinləşdirir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi