Pakistandakı məbəddə partlayışda ölənlərin sayı 18-ə çatıb, 22 nəfər yaralanıb - YENİLƏNİB

Pakistandakı məbəddə partlayışda ölənlərin sayı 18-ə çatıb, 22 nəfər yaralanıb - YENİLƏNİB Hələlik heç bir terrorçu qruplaşma hadisəyə görə məsuliyyəti öz üzərinə götürməyib
Digər ölkələr
5 Oktyabr , 2017 19:35
Pakistandakı məbəddə partlayışda ölənlərin sayı 18-ə çatıb, 22 nəfər yaralanıb - YENİLƏNİB

Bakı. 5 oktyabr. REPORT.AZ/ Pakistanın Bəlucistan əyalətində intiharçı-kamikadzenin məbəddə törətdiyi partlayış nəticəsində ölənlərin sayı 18-ə, yaralıların sayı isə 22 nəfərə çatıb.

"Report"un verdiyi xəbərə görə, bu barədə "Geo TV" telekanalı polisə istinadən məlumat yayıb.


*** 18:52

Pakistanın Bəlucistan əyalətində intiharçı-kamikadzenin məbəddə törətdiyi partlayış nəticəsində 12 nəfər ölüb, 8 nəfər yaralanıb.

"Report"un "RİA Novosti"yə istinadən verdiyi xəbərə görə, bu barədə "Geo TV" yerli televiziya kanalı məlumat yayıb.

Hadisə Çal-Maqsi şəhəri yaxınlığında baş verib. Belə ki, intiharçı-kamikadze məbədə daxil olan zaman polislər onu saxlamaq istəyərkən partlayıcı qurğunu işə salıb. Xəsarət alanlar xəstəxanaya yerləşdirilib. Onların arasında ən azı iki polis var.

Hələlik heç bir terrorçu qruplaşma hadisəyə görə məsuliyyəti öz üzərinə götürməyib. 

Son xəbərlər

Orphus sistemi