Pakistanda ötən sutkada 17 nəfər pandemiya qurbanı olub.
“Report” xəbər verir ki, bu barədə ölkə hökuməti məlumat yayıb.
Pakistanda koronavirusdan ölənlərin sayı 209-a çatıb.
Məlumata görə, yoluxma hallarının sayı da artaraq 9 749-a yüksəlib.
Cənubi Asiya ölkəsində koronavirusdan sağalanların sayı 2 156 nəfərdir.
Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 210 ölkə və bölgədə qeydə alınıb.
Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 2 557 000-i ötüb. Bunların 695 336 nəfəri sağalıb, 177 688 nəfəri isə ölüb.
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.