Pakistanda koronavirusa yoluxanları sayı 26 minə çatır

Pakistanda koronavirusa yoluxanları sayı 26 minə çatır Pakistanda son sutkada koronavirusa yoluxanların sayı 25 837-yə çatıb.
Digər ölkələr
8 May , 2020 12:09
Pakistanda koronavirusa yoluxanları sayı 26 minə çatır

Pakistanda son sutkada koronavirusa yoluxanların sayı 25 837-yə çatıb.

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, məlumatı Pakistan hökumətinin mətbuat xidməti yayıb.

Bildirilib ki, son sutkada 1 700-dən çox yoluxma faktı qeydə alınıb. Ölkə üzrə 594 nəfər virusdan ölüb, 7 530 nəfər isə sağalıb.

Qeyd edək ki, mayı 2-də Pakistanda sosial təcrid rejimi ləğv olunub. Bazarların həftədə 5 gün saat 17-dək işləməsinə icazə verilir.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 212 ölkə və bölgədə qeydə alınıb.

Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 3,9 milyonu ötüb. Bunların 1,3 milyon nəfərdən çoxu sağalıb, 270 mindən çoxu isə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

Son xəbərlər

Orphus sistemi