Pakistanda kamikadze partlayış törədib: ölənlər və yaralananlar var

Pakistanda kamikadze partlayış törədib: ölənlər və yaralananlar var Bir çox yaralpının vəziyyəti çox ağır olduğundan ölənlərin sayının artacağı istisna olunmur
Digər ölkələr
9 Yanvar , 2018 21:32
Pakistanda kamikadze partlayış törədib: ölənlər və yaralananlar var

Bakı. 9 yanvar. REPORT.AZ/ Pakistanın Kvetta şəhərində terrorçu kamikadzenin törətdiyi partlayış zamanı 7 nəfər ölüb.

"Report"un "Comments.ua"-a istinadən verdiyi məlumata görə, partlayış zamanı həmçinin 23 nəfər xəsarət alıb. 

Yaralıların bir çoxunun vəziyyəti ağır olduğundan ölənlərin sayının artacağı istisna olunmur.

Məlumata görə, hücumun hədəfi şəhərin inzibati binalarının yerləşdiyi, mühafizə olunan kvartalda yerləşən polisin yük avtomobili olub.

Partlayıcı qurğu yük avtomobilinə yaxınlaşan terrorçu kamikadze tərəfindən işə salınıb. 

Son xəbərlər

Orphus sistemi