Yuxarı

​Pakistanda iki kilsə yaxınlığında partlayış törədilib: ölən və yaralananlar var

Nəticədə ən azı 5 nəfər ölüb, 50-ə yaxın insan yaralanıb

Bakı. 15 mart. REPORT.AZ/ Bu gün səhər saatlarında Pakistanın Lahor şəhərində yerləşən kilsələrdən ikisi yaxınlığında partlayış səsləri eşidilib.

"Report" BBC-yə istinadən xəbər verir ki, terror aktları nəticəsində ən azı 5 nəfər ölüb, təqribən 50 nəfər yaralanıb.

Partlayışlar xristianların bazar günü ibadəti üçün kilsəyə getdiyi zamanı baş verib. Terror aktlarına görə məsuliyyəti "Taliban"ın Pakistan qolu öz üzərinə götürüb.

Hadisə şahidlərinin ifadələrinə görə, partlayışlar terrorçu-kamikadzelər tərəfindən törədilib, lakin informasiya hələ ki, öz rəsmi təsdiqini tapmayıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi