Yuxarı
    Bağlamaq

    Pakistanda iki avtomobil toqquşub, 14 nəfər ölüb, 6 nəfər yaralanıb

    Qəzadan sonra yanğın baş verib© AFP / Rizwan Tabassum

    Bakı. 12 sentyabr. REPORT.AZ/ Pakistanda minik avtomobilinin yük maşını ilə toqquşması nəticəsində 14 nəfər ölüb.

    “Report” "RİA Novosti”yə istinadən xəbər verir ki, hadisə Pakistanın Ravalpindi şəhəri yaxınlığında, ölkə paytaxtı İslamabadla Lahoru birləşdirən avtomobil yolunda baş verib. 

    Qəzadan sonra yanğın baş verib. Altı nəfər yanıq xəsarəti alıb.

    Sərnişin daşıyan avtomobil Canq şəhərindən Ravalpindiyə doğru hərkət edirmiş.

    Hadisə ilə bağlı araşdırma aparılır. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi