Pakistan hökuməti ölkədə Hindistan filmlərinin nümayişinə qadağa qoyub.
“Report” İANS-ə istinadən xəbər verir ki, bu barədə ölkənin baş nazir İmran Xanın informasiya və yayımlar üzrə xüsusi müşaviri Firdos Aşiq Avan “Twitter”də bildirib.
“Heç bir Hindistan filmi Pakistanın televiziya kanallarında göstərilməyəcək”, - müşavir yazıb.
Bu addımın Hindistanda Cəmmu və Kəşmir ştatının xüsusi statusunu təsbit edən Konstitusiyanın 370-ci maddəsinin ləğv edilməsinə cavab olaraq atıldığı bildirilir.
Həmçinin Kəşmir əhalisinə mənəvi dəstək tədbirlərinin də artırılacağı qeyd olunub.