Pakistanın Bəlucistan əyalətinin Keç bölgəsində hərbi şəhərciyə edilən hücumda 10 əsgər həlak olub.
“Report” xəbər verir ki, bu barədə “Haber Global” məlumat yayıb.
Ordu rəsmilərinin sözlərinə görə, hücum nəticəsində 1 silahlı öldürülüb, çoxlu sayda terrorçu yaralanıb.
Qeyd edilir ki, terrorçuların tutulması üçün əməliyyata başlanılıb və indiyədək 3 silahlı yaxalanıb. Hücumun hansı qruplaşma tərəfindən həyata keçirildiyi açıqlanmır.