Pakistanda güclü qar yağması nəticəsində ölənlərin sayı 35-ə çatıb

Pakistanda güclü qar yağması nəticəsində ölənlərin sayı 35-ə çatıb Pakistanın şimal-şərq və şimal-qərb hissəsində güclü qar və yağış yağması nəticəsində ölənlərin sayı 35 nəfər çatıb, təxminən 30 nəfər xəsarət alıb.
Digər ölkələr
10 Yanvar , 2022 13:30
Pakistanda güclü qar yağması nəticəsində ölənlərin sayı 35-ə çatıb

Pakistanın şimal-şərq və şimal-qərb hissəsində güclü qar və yağış yağması nəticəsində ölənlərin sayı 35 nəfər çatıb, təxminən, 30 nəfər xəsarət alıb.

“Report”TASS-a istinadən xəbər verir ki, bir müddət əvvəl güclü qar yağması nəticəsində Pəncab əyalətinin şimal-şərqində 23 nəfərin, o cümlədən uşaq və qadınların öldüyünə dair məlumat yayılmışdı.

Bildirilib ki, xəsarət alan turistlər yardım göstərilib və onlar müvəqqəti düşərgədə yerləşdirilib.

Baş nazir İmran Xan insan ölümü ilə bağlı hadisə baş verən Murri rayon administrasiyasının daşıdığını bildirib: “Belə faciələrin qarşısının alınması üçün ciddi qaydalar tətbiq edilməsi və araşdırma aparılması üçün göstəriş vermişəm”.

Son xəbərlər

Orphus sistemi