Bakı. 4 yanvar. REPORT.AZ/ Pakistanda güclü partlayış baş verib.
"Report" "Associated Press"ə istinadən xəbər verir ki, partlayıcı qurğu polis avtomobili yoldan keçərkən partladılıb.
Hadisə Xayber Paxtunxva əyalətinin Dera İsmail Xan şəhərində baş verib. Partlayış zamanı 4-ü polis və 15-i isə həmin vaxt yoldan keçənlər olmaqla 19 nəfər yaralanıb. Polisin verdiyi məlumata görə, partlayıcı qurğu yolda gizlədilib.