Pakistanda partlayış törədilib, 2 ölü, 18 yaralı var

Pakistanda partlayış törədilib, 2 ölü, 18 yaralı var Partlayışın məsuliyyətini hələlik heç bir qruplaşma üzərinə götürməyib
Digər ölkələr
15 Fevral , 2017 16:20
Pakistanda partlayış törədilib, 2 ölü, 18 yaralı var

Bakı. 15 fevral. REPORT.AZ/ Pakistanın Əfqanıstanla sərhədi yaxınlığında yerləşən Peşavar şəhərindəki törədilən partlayış nəticəsində 2 nəfər ölüb, 18 nəfər isə yaralanıb.

“Report” RİA "Novosti”yə istinadən xəbər verir ki, hadisə şəhərin Həyatabad səhiyyə kompleksi yaxınlığında törədilib.

Məlumata görə, 2 terrorçu-kamikadze motosikletlə kompleksin yaxınlığındakı hökumət işçisinin xidməti avtomobilinə çırpıldıqdan sonra partlayış olub.

Xəbərdə bildirilir ki, Pakistanın müxalifətdə olan “Təhrike-e-İnsaf” Partiyasının lideri İmran Xan tibbi mərkəzə getməyə hazırlaşırmış. Onun xəsarət almadığı vurğulanıb.

Hadisənin detalları barədə ətraflı məlumat yayılmayıb. 

Partlayışın məsuliyyətini hələlik heç bir qruplaşma üzərinə götürməyib.

Son xəbərlər

Orphus sistemi