Yuxarı

Pakistanda bir ildə 54 milyard dollarlıq narkotik maddə müsadirə edilib

Hesabat ilində 42 cinayətkar qrup aşkarlanıb və narkotik maddələrin satışında iştirak edən 1600 nəfər həbs olunub

Bakı. 15 oktyabr. REPORT.AZ/ Pakistanın Narkotiklərə qarşı Mübarizə İdarəsi 2014-cü ilin iyulun 1-dən 2015-ci ilin iyunun 30-dək ölkədə 54 milyard dollarlıq, yaxud 354,54 ton istifadəsi qadağan edilən preparat müsadirə edib.

"Report" "TASS"a istinadən xəbər verir ki, bu haqda Pakistanın Narkotiklərə qarşı Mübarizə İdarəsi məlumat yayıb.

Xəbərdə bildirilib ki, hesabat ilində 42 cinayətkar qrup aşkarlanıb və narkotik maddələrin satışında iştirak edən 1600 nəfər həbs olunub, 5 nəfər edam edilib, 65 nəfər ömürlük azadlıqdan məhrum olunub, 556 nəfər müxtəlif müddətə həbs cəzası alıblar. 

Məlumata görə, narkotiklərin qanunsuz dövriyyəsinə görə həbs olunan xeyli adam onlara veriləcək cəzanı gözləyir.

Xəbərdə bildirilib ki, bütövlükdə 240 ton narkotik, 105 ton isə psixotrop və narkotik maddələrin istehsalında istifadə edilən maddə müsadirə edilib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi