Yuxarı
    Bağlamaq

    ​Pakistanda bir gündə 8 məhkum edam edilib

    Onlar qətl törətdikləri üçün barələrində edam hökmü çıxarılıb

    Bakı. 15 dekabr. REPORT.AZ/ Pakistanda 8 məhkum dar ağacından asılmaqla edam edilib.

    "Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bu haqda Pakistanın Pəncab əyalətinin həbsxanalar üzrə nazirinin müşaviri Çoudxir Ərşad Səid bildirib.

    Məlumata görə, onlar qətl törətdikləri üçün barələrində edam hökmü çıxarılıb.

    Qeyd edək ki, 2014-cü il dekabrın 16-na kimi Pakistanda edam hökmlərinin icrası dayandırılmışdı. Ancaq həmin tarixdə Pakistanın Peşavar şəhərindəki məktəbə basqından sonra bu hökmün icrası yenidən qüvvəyə minib. Həmin terror aksiyası nəticəsində 150-dən çox insan qətlə yetirilmişdi. Ölüm hökmü qüvvəyə minəndən sonra əvvəlcə terrorçuluqda ittiham olunanları edam edilib. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi