Pakistanda bazarda partlayış: 18 nəfər ölüb, 50-dən çox insan yaralanıb

Pakistanda bazarda partlayış: 18 nəfər ölüb, 50-dən çox insan yaralanıb Məsuliyyəti hələlik heç bir qruplaşma öz üzərinə götürməyib
Digər ölkələr
21 Yanvar , 2017 10:41
Pakistanda bazarda partlayış: 18 nəfər ölüb, 50-dən çox insan yaralanıb

Bakı. 21 yanvar. REPORT.AZ/ Pakistanda bazarda törədilən partlayış nəticəsində azı 18 nəfər ölüb, 50-dən çox insan yaralanıb.

“Report” yerli KİV-ə istinadən xəbər verir ki, hadisə ölkənin şimal-qərbində Əfqanıstanla sərhədə yaxın yerləşən Kurram əyalətinin mərkəzi şəhəri Paraçinardakı bazarlardan birində törədilib. Yerli hakmiyyət təmsilçiləri partlayıcının göyərti satılan piştaxtanın altına yerləşdirildiyini bildiriblər. Ölkənin xarici işlər naziri Çaudri Əli Xan partlayışla bağlı araşdırmanın aparılacağını söyləyib.

Partlayışın məsuliyyətini hələlik heç bir qruplaşma öz üzərinə götürməyib. 

Son xəbərlər

Orphus sistemi