Pakistanda baş vermiş yanğında 11 nəfər ölüb, 30 nəfər xəsarət alıb - VİDEO

Pakistanda baş vermiş yanğında 11 nəfər ölüb, 30 nəfər xəsarət alıb - VİDEO Hadisə "Ridcent plaza" adlı oteldə, səhər saatlarında qeydə alınıb
Digər ölkələr
5 Dekabr , 2016 08:10
Pakistanda baş vermiş yanğında 11 nəfər ölüb, 30 nəfər xəsarət alıb - VİDEO

Bakı. 5 dekabr. REPORT.AZ/ Pakistanın Kəraçi şəhərindəki otellərdən birində güclü yanğın baş verib.

"Report" xəbər verir ki, bu barədə "Doon" qəzeti məlumat yayıb.

Məlumata görə, hadisə "Ridcent plaza" adlı oteldə, səhər saatlarında qeydə alınıb. Mətbəxdə başlayan alov qısa zamanda 6 mərtəbəli binanın bütün hissələrinə yayılıb.

Hadisə zamanı 11 nəfər ölüb, 30 nəfər xəsarət alıb. Yanğınsöndürənlər yanğını 3 saat sonra söndürməyə müvəffəq olublar. 

Hadisənin başvermə səbəbi hələlik müəyyənləşdirilməyib. 

Son xəbərlər

Orphus sistemi