Pakistanda baş vermiş terror aktında ölənlərin sayı 36 nəfərə çatıb

Pakistanda baş vermiş terror aktında ölənlərin sayı 36 nəfərə çatıb Hadisəyə görə məsuliyyəti "Jamaat-ul-Ahrar” öz üzərinə götürüb
Digər ölkələr
18 Sentyabr , 2016 15:47
Pakistanda baş vermiş terror aktında ölənlərin sayı 36 nəfərə çatıb

Bakı. 18 sentyabr. REPORT.AZ/ Pakistanın şimal-qərbində, Mahmond muxtar vilayətindəki məsciddə baş vermiş terror aktında ölənlərin sayı 36 nəfərə çatıb.

"Report" "Anadolu" agentliyinə istinadən xəbər verir ki, partlayış zamanı xəsarət alanların bir neçəsi sonradan xəstəxanalarda dünyasını dəyişib.

Qeyd edək ki, partlayışı terrorçu-kamikadze cümə günü, namaz vaxtı törədib.

Hadisəyə görə məsuliyyəti "Taliban" qruplaşmasının Pakistandakı qolu "Jamaat-ul-Ahrar” öz üzərinə götürüb.

Son xəbərlər

Orphus sistemi